Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına daha bir futbolçu dəvət olunub.
Sportnet.az xəbər verir ki, Türkiyənin “ALG Spor” klubunun üzvü İrem Bir komandaya qoşulub. Bununla da toplanışdakı futbolçuların sayı 24-ə çatıb.
Qeyd edək ki, hazırlıq prosesi iyulun 18-dək davam edəcək.