21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç və köməkçi-məşqçi Vladimir Kozul iyulun 24-dən 28-dək Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt”, “Zirə” və “Sabah”ın məşq prosesini izləyiblər.
Sportnet.az xəbər verir ki, onlar komandaları yoxlama oyunlarına da baxıb, Premyer Liqa təmsilçilərinin baş məşqçiləri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin əvvəlin U-21-ə rəhbərlik edir.