İrlandiyanın "Dandolk" komandası "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Robbi Benson Bakıya səfər edən heyətə daxil edilməyib. İlk matçda qabırğasından xəsarət alan 27 yaşlı yarımmüdafiəçinin uzun yol qət etməsi məqsədəuyğun sayılmayıb. Komandanın köməkçi-məşqçisi Con Gill deyib: "Bu, nisbətən qısa müddətli reys olsaydı, onu gətirə bilərdik. Çünki Robbi əla oğlandır, komandaya özünə əminlik aşılayır. Amma oyuna tamaşa etməkdən ötrü 5000 mil qət etməsinin əhəmiyyəti yoxdur".
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlanacaq.