"Bizdə inam var idi. Rəqibimiz bizdən bir az üstün idi. "Qarabağ" son 7 ildə görüşdüyümüz ən güclü kollektivdir". Sportnet.az xəbər verir ki, bu fikirləri İrlandiyanın "Dandolk" komandasının baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "Qarabağ"a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib. 43 yaşlı mütəxəssis bildirib ki, oyun gözlənilən ssenari ilə gedib: "Qarabağ" topa sahib oldu. Bu gün güclü olan qələbə qazandı. Komandamdan razıyam. Rəqibə hörmət edirik. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Ümumiyyətlə biz oyunlarımızı 17-18 dərəcədə keçiririk. Bunun səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi. Topla oynamağa icazə vermədilər. Səhvlərimiz də oldu və onlar yararlandılar". Məşqçi növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəyini söyləyib: "Qarabağ" favoritdir. Düşünürəm ki, sonrakı mərhələni də keçəcəklər".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |