İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger karyerasını Rusiyada davam etdirə bilər.
Sportnet.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Moskva “Spartak”ı 70 yaşlı fransalı mütəxəssisin xidmətində maraqlıdır. Bildirilir ki, paytaxt klubunun baş direktoru omas Tsorn Vengerlə ilkin danışıq aparmaq üçün London gedib.
Bir müddət əvvəl “Spartak”ın sahibi Leonid Fedun komandaya hazırda rəhbərlik edən Oleq Kononovun ən azı dekabra qədər postunda qalacağını açıqlayıb.
Moskva təmsilçisi Rusiya Premyer Liqasında 9 turdan sonra 14 xalla 6-cı yerdədir.
Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Venger bu müddətdə London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis eyni zamanda, 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.