"Sabah" komandasında yeni baş məşqçi ilə bağlı məsələyə namizədlərlə görüşdən sonra aydınlıq gələcək.
Sportnet.az-ın məlumatına görə, hazırda bu posta iki namizəd var. Bunlardan biri ukraynalı Yuri Vernidub, digəri isə gürcüstanlı Georgi Tsetsadzedir. Vernidub hazırda işsizdirsə, Tsetsadze Gürcüstanın U-21 yığmasına rəhbərlik edir.
Namizədlərlə görüş bu gün olacaq. Onlar ayrı-ayrılıqda klubun prezidenti Maqsud Adıgözəlovla bir araya gələcəklər.
Qeyd edək ki, hazırda "Sabah"a Müşahidə Şurasının üzvü İqor Ponomaryov müvəqqəti rəhbərlik edir.