Belçikanın "Espoyr Maynroys" klubunun futbolçuları seks qalmaqalı ilə üzləşiblər.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, xoşagəlməz olay görüntülərin sosial şəbəkələrə ayaq açmasından sonra baş verib. Video-çarxda göstərilir ki, futbolçuların olduğu klubun yeməkxanasında döşəməyə çılpaz qadın uzanıb. Digər epizodda o, oyunçulardan biri ilə paltardəyişmə otağında cinsi əlaqədə olur.
Qadının ailəsi artıq futbolçulara qarşı iddia qaldırıb. Zərərçəkənin anasının sözlərinə görə, qızı hansısa maddənin təsiri altında olub. Klub isə qalmaqala futbolçulardan birini məşqlərdən müvəqqəti uzaqlaşdırmaqla reaksiya verib. Daha bir oyunçu isə əvəzedici heyətə keçirilib.