Azərbaycan Premyer Liqasının VII turu “Zirə”nin futbolçusu İlkin Muradov üçün ikiqat əlamətdar olub.
Sportnet.az xəbər verir ki, “Qəbələ” ilə ev matçı (1:1) 23 yaşlı yarımmüdafiəçinin “Qartallar”ın heyətində 50-ci oyun olub. 2016/2017 mövsümündə bu komandada debüt edən Muradov çempionatda 43, kubokda 7 qarşılaşmaya çıxıb. O, “Zirə”də 50 və daha çox matç keçirən 13-cü futbolçudur.
Muradov “Qəbələ” ilə görüşündəki yubileyini qolla qeyd edib. Bu, yarımmüdafiəçinin “Qartallar”ın ümumilikdə 2-ci topudur. O, ilk dəfə 2018-ci il dekabrın 15-də “Səbail”lə Azərbaycan kubokunun matçında fərqlənmişdi.
Zirə İdman Kompleksinin stadionunda vurulan son qol isə Muradovun Premyer Liqada ilk topu olub. O, komanda tarixində yüksək dəstədə qol sevinci yaşayan 38-ci futbolçudur.