Qadın futbolçulardan ibarət Meksikanın "Tiqres" və ABŞ-ın Hyuston Deş" komandaları arasındakı yoldaşlıq görüşü qalmaqalla yekunlaşıb.
Sportnet.az-ın məlumatına görə, qonaqların yarımmüdafiəçisi Sofiya Uerta final fitindən sonra tribunaya tərəf yollanıb. Bu zaman azarkeşlərdən biri onunla şəkil çəkdirmək istəyib. Uerta selfiyə razılıq verdikdə həmin fanat futbolçunun döşündən tutub.
"Hyuston Deş"in oyunçusu baş verənlərə əhəmiyyət verməyib. Amma foto sosial şəbəkədə paylaşıldıqdan sonra böyük rezonans doğurub. "Tiqres" öz oyunlarına həmin fanatın gəlişini qadağan edəcəyini bildirib.
Qeyd edək ki, oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.