“Neftçi”nin futbolçuları Soni Mustivar və Donald Gerye Haiti milli komandasının heyətində növbəti oyuna çıxıblar.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Mustivar Boliviya ilə səfərdə keçirilmiş yoldaşlıq matçının start heyətində yer alaraq 73-cü dəqiqədə əvəzlənib. Gerye isə oyuna məhz 73-cü dəqiqədə başqa bir komanda yoldaşını əvəzləməklə daxil olub. Mustivar yığmada 18 oyuna 2, Gerye isə 46 oyuna 11 qol vurub.
Qeyd edək ki, oyun Boliviyanın qələbəsi ilə yekunlaşıb - 3:1.