Azərbaycan Premyer Liqasının ilk dövrəsində "Neftçi"nin 3 futbolçusu bütün oyunlarda meydana çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar Səlahət Ağayev, Stiven Jozef-Monroz və Namik Ələskərovdur. Lakin Ağayev hamıdan çox oynayıb. O, oktyabrın 5-də VII turda "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələndiyi üçün ikinci hissədə meydana çıxmayıb. 28 yaşlı qolkiper bir həftəyədək müalicə alıb.
Qeyd edək ki, "Neftçi" II dövrənin ilk turunda "Zirə"ni qəbul edəcək. Oktyabrın 20-də "Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq.