Azərbaycanın millisinin futbolçusu Renat Dadaşov icarə əsasında çıxış etdiyi "Pasuş de Ferreyra"nın heyətində Portuqaliya Kubokunda vacib qol vurub.
Sportnet.az-ın məlumatına görə, 20 yaşlı hücumçu "Luletano" ilə matçın əlavə vaxtında qələbə topunun müəllifi olub. Onun 110-cu dəqiqədə vurduğu qol sayəsində komandası ölkə kubokunda mərhələ adlayıb. "Luletano" 1/16 finalda "Akademika" ilə üz-üzə gələcək.
Qeyd edək ki, Renat Dadaşov müqavilə üzə İngiltərə "Vulverhempton"una məxsusdur.