Futbol üzrə Libertadores Kubokunda ilk finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, yarımfinalda Argentinanın "River Pleyt" komandası iki oyunun yekununda "Boka Xuniors"u üstələyib. "Boka Huniors" cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, ilk matçdakı 0:2 hesablı məğlubiyyət səbəbindən mübarizəni dayandırıb.
Finalda "River Pleyt"in rəqibi Braziliyanın "Qremio" və "Flamenqo" komandaları arasındakı cavab qarşılaşmasından sonra məlum olacaq. İlk matçda heç-heçə qeydə alınıb - 1:1.
Qeyd edək ki, "River Pleyt" Libertadores Kubokunun son qalibidir. Bu komanda ötən il finalda "Boka Xuniors"a iki oyunun yekununda qalib gəlib - 2:2, 3:1.