“Kəpəz”in bazasında məşqçilərlə görüş keçirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşə AFFA-nın Gəncə futboluna kurator təyin etdiyi İsgəndər Cavadov, klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın, eləcə də aşağı yaş qrupları üzrə kollektivlərin məşqçiləri qatılıb.
Tədbirdə uşaq futbolunun vəziyyətindən danışılıb. Bu mövsümdən fəaliyyəti bərpa olunan U-15 və U-17, həmçinin digər yaş qruplarının ölkə birinciliklərində çıxışları müzakirə olunub. Yaxınlarda istifadəyə veriləcək süni örtüklü meydançanın komandaların məşq etməklə bağlı yer problemini aradan qaldıracağı vurğulanıb.
Məşqçilərin istək və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.