
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ən yaxşı hücumçunun adını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, argentinalı forvard braziliyalı Ronaldonu fərqləndiib. "Ronaldo əsl fenomen idi. O, gördüyüm hücumçuların hamısının ən yaxşısıdır. Sadəcə, inanılmaz idi" deyə 32 yaşlı hücumçu vurğulayıb.
Qeyd edək ki, Ronaldo Braziliyanın "Kruzeyro" və "Korintians", Hollandiyanın PSV, İspaniyanın "Barselona", İtaliyanın "İnter" və "Milan", İspaniyanın "Real Madrid" klublarında forma geyinib. O, Braziliya yığmasının heyətində 2 dəfə (1994, 2002) dünya çempionu və eyni sayda (1997, 1999) Amerika Kubokunun qalibi olub. "Yekədiş" 2011-ci ildə peşəkar futbolçu karyerasını bitirdiyini açıqlayıb. "Sambaçı" 2018-ci ildə İspaniyanın "Valyadolid" klubunun sahibi və prezidentidir.