
"Zirə"nin futbolçusu Mfo Kqasvane Botsvana milli komandasına dəvət alıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı hücumçu ölkəsinin Zimbabve və Əlcəzairə qarşı keçirəcəyi Afrika Millətlər Kubokunun təsnifat oyunu üçün yığmaya çağırılıb.
Qeyd edək ki, oyunlar noyabrın 15-də və 19-da keçiriləcək.