"Zirə"nin futbolçusu Robin Nqalande milli komandaya dəvət alıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçu Malavi millisinin Cənubi Sudan və Uqandaya qarşı keçirəcəyi Afrika Millətlər Kubokunun təsnifat oyununa çağırılıb.
Görüşlər noyabrın 13-də və 19-da olacaq.