Hazırda "Keşlə" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XI tur matçında insident yaranıb.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Vüsal İsgəndərli qonaq komandanın məşqçiləri ilə insident yaşayıb. Ona Füzuli Məmmədov sərt iradını bildirib. Bu zaman "Keşlə"nin prezidenti Zaur Axundov fəxri tribunadan Məmmədova qışqırıb. Bu komandanın baş məşqçisi Tərlan Əhmədov da məşqçi ilə mübahisə edib. Daha sonra o, İsgəndərlini əvəzləyərək, yerinə Emin Mehtiyevi buraxıb.
Hazırda "Keşlə" öndədir - 2:1.