İspaniya milli komandasının sabiq futbolçusu David Vilya ABŞ-ın "Kuinsboro" klubunun sahiblik hüququna yiyələnib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı 36 yaşlı keçmiş hücumçu şəxsi "Intagram"ında paylaşım edib. O, Kuinsi həmişə özü üçün xüsusi məkan saydığını bildirib.
"Kuinsboro" 2020/2021 mövsümündən ABŞ-ın MLS-dən sonra səviyyəcə ikinci liqası sayılan USL-də mübarizəyə başlayacaq. Klub Nyu-Yorkun Kuins rayonunda məskunlaşıb. Tarixdə ilk dəfə bu rayonun öz komandası olacaq.
Qeyd edək ki, David Vilya 2014 - 2018-ci illərdə ABŞ-ın "Nyu-York Siti" klubunda forma geyinib. O, hazırda Yaponiya "Vissel Kobe"sinin oyunçusudur. Vilya bu mövsüm Yaponiya çempionatında 26 oyuna 3-ü penaltidən olmaqla, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.