"Zirə" klubunun futbolçusu Elvin Camalov Azərbaycan millisinin heyətində debüt edib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə görüşün ikinci hissəsində oyuna daxil olub. Baş məşqçi Nikola Yurçeviç Camalovu Eddi İsrafilovun yerinə meydana buraxıb.
Matça start heyətdə başlayan "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli də bu matçda debüt edib.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və Slovakiya millisi 1:0 hesabı ilə öndədir.