FIFA prezidenti Canni İnfantinonun Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinə daxil olması tövsiyə olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax keçirilən mətbuat konfransında məlumat verib.
Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Haqqerti və Yaponiya Milli Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamaşita da quruma üzv olmaq üçün tövsiyyə olunublar.
İnfantino, Haqqerti və Yamaşita IOC-un 2020-ci il yanvarın 10-da Lozanna şəhərində keçiriləcək 135-ci sesiyasında seçiləcəklər.