
"Qəbələ"nin səfərdə "Sumqayıt"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XIV tur matçı iki komanda arasında 31-ci görüş olacaq.
Sportnet.az xəbər verir ki, əvvəlki 30 qarşılaşmada "qırmızı-qaralar" 18 qələbə qazanıblar. 8 oyunda heç-heçə qeydə alınıbsa, daha 4-ü "gənclik şəhəri" təmsilçisinin üstünlüyü ilə yekunlaşıb. Rəqib qapısından 48 top keçirən “Qəbələ” 23-nü buraxıb. “Sumqayıt”la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.
“Qəbələ” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komandamız 23 qol buraxıb.
“Qırmızı-qaralar” 15-ci dəfə “Sumqayıt”ın qonağı olacaq. Şimallılar səfərdəki 14 matçda 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan “Qəbələ” topların nisbətində də üstündür - 21:14.
Qeyd edək ki, dekabrın 8-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı saat 15:00-da başlayacaq.