Koreya Xalq Demokratik Respublikasının (KXDR) futbolçuları 2020-ci ilin fevralında Cənubi Koreyada keçiriləcək olimpiya təsnifat turnirinin üçüncü mərhələsində iştirak etməyəcəklər.
Sportnet.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, KXDR Asiya Futbol Konfederasiyasına müvafiq qərar barədə məlumat verib. KXDR heç bir səbəb göstərməyib. Ölkənin futbol assosiasiyasının tezliklə açıqlama verəcəyi ehtimal olunur.
Qeyd edək ki, qrup mərhələsində Cənubi Koreya ilə yanaşı, Vyetnam və Myanma da mübarizə aparacaq. KXDR-i isə hər hansı yığma əvəzləməyəcək.