
"Hazırda Avstraliyanın "Sentral Kost Mariners" klubunda çıxış edirəm. "Zirə"dən ayrılandan sonra ölkəmdə "Voyvodina"da çıxış etdim. İndi isə buradayam. Əslində daha çox seçimim var idi. Amma bu, ən yaxşısıdır".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Zirə" komandasının sabiq futbolçusu Milan Duriç deyib. 31 yaşlı serbiyalı yarımmüdafiəçi qəsəbə təmsilçisindən ayrıldıqdan sonra Azərbaycanın digər 3 klubundan təklif aldığını bildirib: "Zirə"dən ayrılandan sonra "Keşlə", "Səbail" və "Sabah" mənimlə maraqlanırdı".
Milan Duriç Azərbaycandakı karyerasını da xatırlayıb: "Mən və ailəm Bakıda yaxşı vaxt keçirirdik. 2 il Bakıda yaşadıq. Ölkə, insanlar, şəhər, klub demək olar ki, hər şey yaxşı idi".
Serbiyalı oyunçu "yenidən Azərbaycan Premyer Liqasında oynamaq istəyərsinizmi" sualına isə belə cavab verib: "Bəli. Niyə də yox"?
Qeyd edək ki, Milan Duriç 2016 - 2018-ci illərdə "Zirə"nin formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində Avropa Liqasının I və II təsnifat mərhələsində oynayıb