
"Neftçi" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Ukrayna "Desna"sı olub. Görüş flaqmanın məğlubiyyəti ilə yekunlaşıb - 2:1. "Ağ-qaralar"ın yeganə qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.
Beləliklə, "Neftçi" Antalya toplanışında kı hər 3 görüşünü məğlubiyyətlə bitirib. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.
------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" klubu bu gün son yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gəlib. Oyunun əvvəllərində hesabı açan "Keşlə" fasilədən sonra üstünlüyünü əldən verib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1:1 bərabərliklə ayrılıb. Azərbaycan klubunun yeganə qolunu yeni transfer Aleksandr Kristovao vurub.
Qeyd edək ki, Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub.
-------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
Sportnet.az-ın məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 2-si yoxlama görüşlərində qüvvələrini sınayacaq.
"Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
"Neftçi" klubu da Antalyada son matçına çıxacaq. "Ağ-qaralar" bu dəfə Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq. Matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına 1:2 hesabı ilə uduzub. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Kiyev "Dinamo"su ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.
Yoxlama oyunu
24 yanvar
13:00. "Keşlə" - "Zemplin" (Slovakiya) - 1:1
"Keşlə"nin qolu: Aleksandr Kriştovao, 8
18:00. "Neftçi" - "Desna" (Ukrayna) - 1:2
"Neftçi"nin start heyəti: 1. Səlahət Ağayev, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k.), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nərimancahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye