
"Qəbələ" komandası Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Rumıniya "Konkordiya"sı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Qırmızı-qaralar" iki dəfə önə keçsə də, qələbəni qoruya bilməyib. Azərbaycan təmsilçisinin qollarını 21-ci dəqiqədə Asif Məmmədov və 52-ci dəqiqədə Amin Seydiyev vurub.
Beləliklə, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Antalyanı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə tərk edir. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb.
Bununla da Azərbaycan klublarının Türkiyədəki təlim-məşq toplanışı başa çatıb. Komandaları gələn həftəsonu Premyer Liqanın XV turu gözləyir.
----------------------------------
"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində bu gün keçirdiyi ikinci yoxlama oyunundan da məğlub ayrılıb.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv bu dəfə Polşanın "Visla" (Plok) klubu ilə qarşılaşmada uduzub - 2:3. Azərbaycan təmsilçisi iki dəfə hesabda önə keçib. 18-ci dəqiqədə Mahir Emreli penalti ilə hesabı açıb. 52-ci dəqiqədə isə Xayme Romero fərqlənib. Lakin rəqib hər iki halda hesabı bərabərləşdirib və oyunun sonlarında qələbə topuna imza atıb.
Ağdam komandası bu gün Çexiya "Siqma"sına da uduzmuşdu - 1:3.
Beləliklə, "Qarabağ" Antalya toplanışını 1 qələbə, 2 məğlubiyyət və 1 heç-heçə ilə tərk edib. Əvvəlki matçlarında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə 2:2 hesablı heç-heçə etmiş Azərbaycan komandası Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0.
----------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışda olan "Sumqayıt" komandası son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Qazaxıstanın "Şaxtyor" (Karaqanda) klubu ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:2.
"Sumqayıt"ın qollarından 2-ni Amil Yunanov 49-cu və 62-ci dəqiqələrdə vurub. Digər qollara Əmir Ağayev, 27-ci, Rəhim Sadıxov 59-cu dəqiqədə imza atıb.
Beləliklə, "Sumqayıt" Antalya toplanışını 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Əvvəlki matçlarında Macarıstanın "Kaposvar" komandasına 3:4 hesabı ilə məğlub olan "gənclik şəhəri" təmsilçisi Rumıniya "Politexnika"sı ilə 1:1 hesablı heç-heçə edib və Polşa "Arka"sını yenib - 1:0.
-------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışda olan "Səbail" komandası son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Polşa "Korona"sı ilə üz-üzə gəlib. "Miracle" otelinin meydanında təşkil olunmuş matçda Azərbaycan təmsilçisi qalib gəlib - 1:0. Yeganə qolu 89-cu dəqiqədə yeni transfer Hendrik Ekşteyn vurub.
Bununla da Antalya toplanışında ilk qələbə əldə olunub. Əvvəlki görüşlərində Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2.
----------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışda olan "Qarabağ" növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Çexiya "Siqma"sı ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Rəqib 23-cü dəqiqədə hesabı açıb. Birinci hissədə başqa qol vurulmayıb. 59-cu dəqiqədə Qurban Qurbanovun oğlu Musa Qurbanlı bərabərlik qoluna imza atıb. İki dəqiqə sonra isə Çexiya klubu yenidən önə keçib. "Siqma" matçın sonlarında daha bir qol vura bilib.
Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. "Köhlən atlar" daha sonra Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. Komanda bu gün Bakı vaxtı ilə saat 18:30-da Polşanın "Vİsla" (Plok) klubuyla üz-üzə gələcək.
------------------------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klubları son yoxlama oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, "Qarabağ", "Sumqayıt", "Qəbələ" və "Səbail" komandaları son matçlarına çıxacaqlar. Ağdam təmsilçisi bu gün iki görüş keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Bakı vaxtıyla saat 12:30-da Çexiyanın "Siqma", 18:30-da isə Polşanın "Vİsla" (Plok) klubuyla üz-üzə gələcək.
"Sumqayıt" Qazaxıstan təmsilçisi “Şaxtyor" (Karaqanda) münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmanın Baxkı vaxtı ilə saat 18:00-da başlaması nəzərdə tutulub. "Səbail"in Polşa "Korona"sı ilə matçı Bakı vaxtı ilə saat 16:00-da olacaq.
Nəhayət "Qəbələ" sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:30-da çalınacaq.
Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2. Ağdam təmsilçisi daha sonra Qazaxıstan təmsilçisi "Jetisu"nu minimal hesabla üstələyib - 1:0. İlk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla üstələyib. "Qırmızı-qaralar" daha sonra Bolqarıstan "Etar"ı ilə qolsuz bərabərə qalıb. Macarıstanın "Kaposvar" komandasına məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1. "Gənclik şəhəri təmsilçisi Polşa "Arka"sını isə məğlub edib - 1:0. Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2
Yoxlama oyunu
25 yanvar
12:30. "Qarabağ" - "Siqma" (Çexiya) - 1:3
Qol: Musa Qurbanlı, 59
"Qarabağ": 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 23. Faysal Rerrras, 24. Nihad Tomazov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye
16:00. "Səbail" - "Korona" (Polşa) - 1:0
Qol: Hendrik Ekşteyn, 89
"Səbail"in start heyəti: 1. Aleksandr Rıbka, 3. Turan Manafov, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 10. Rauf Əliyev, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Peyman Keşavarz, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 77. Ədilxan Qarəhmədov
18:00. "Sumqayıt" - "Şaxtyor" (Karaqanda, Qazaxıstan) - 4:2
Qollar: Əmir Ağayev, 27. Amil Yunanov, 49; 62. Rəhim Sadıxov, 59
"Sumqayıt"ın start heyəti: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k.), 5. Cəmaləddin Xocaniyazov, 10. Əmir Ağayev, 18. Süleyman Əhmədov, 22. Sərtan Taşqın, 44. Elvin Cəfərquliyev, 46. Aleysey İsayev, 70. Mehdi Şərifi, 90. Rəhim Sadıxov, 97. Xəyal Nəcəfov
18:30. “Qəbələ” – “Konkordiya” (Rumıniya) - 2:2
Qol: Asif Məmmədov, 21. Amin Seydiyev, 52
"Qəbələ"nin start heyəti: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 4. Sadiq Quliyev, 5. Murad Musayev, 8. Qismət Alıyev, 9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev
18:30. "Qarabağ" - "Visla" (Plok, Polşa) - 2:3
Qol: Mahir Emreli, 18 (pen.). Xayme Romero, 52
"Qarabağ"ın start heyəti: 12. Şabrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k.), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov