
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 2:0 hesablı qələbə qazanıb. U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib. Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.
Qeyd edək ki, Samir Əliyevin baş məşqçi olduğu U-19 daha əvvəl "Alanyaspor"u yenib - 4:2.