
"Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular demək olar, 90 dəqiqə meydanda oldular".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunlarını dəyərləndirərkən deyib. 48 yaşlı mütəxəssis bu Polşa "Simqa"sı və Polşa "Vuska"sını çox yaxşı rəqib kimi dəyərləndirib: "Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplanışın sonlarında çox vacib idi. Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım".
Qurbanov hazırlıq prosesindən razılıqla danışıb: "Düzdür, son bir neçə gündə yorğunluq var idi. Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik. Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik".