İspaniya “Barselona”sının futbolçusu Lionel Messi İspaniya La Liqasında XXI turun "Valensiya" ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu matç ərzində rəqibin qapısına 11 zərbə endirib. Lakin bunların heç biri qola çevrilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. Həmin vaxt “Kamp Nou”da "Deportivo" ilə oyunda da Messi rəqib qapısına 11 zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.
Cari mövsümdə 33 yaşlı forvard 16 matçda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.
Hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, "Valensiya" 34 xalla 5-ci yerdə qərarlaşıb.