Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının və və "Qəbələ" Futbol Akademiyasının üzvü Sənan Kərimovun təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə səfər ərəfəsində pisləşib.
Bu barədə Sportnet.az-a akademiyanın direktor müavini Nail Kərimov məlumat verib. Onun sözlərinə görə, yeniyetmə oyunçu anidən özünü narahat hiss edib. Nəticədə Kərimovun qardaş ölkəyə yola çıxan heyətdən çıxarılması qərara alınıb.
Həkimlər müdaxilə edərək, onun vəziyyətini sabitləşdiriblər. Hazırda istirahət edən Kərimov fevralın 3-də tam müayinə olunacaq. Məhz bundan sonra dəqiq diaqnoz qoyulacaq.