"Qəbələ"nin daha bir oyunçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışına aparılmayıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib. Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov yeni pasport almaylb.
Qeyd edək ki, daha əvvəl "Qəbələ"dən Sənan Kərimov səhhətindəki problemlə əlaqədar son anda heyətdən çıxarılıb.