
AVRO-2020-nin biletləri üçün 2019-cu ilin 4-18 dekabr tarixlərində futbol azarkeşlərinin lotereya sistemi vasitəsilə müraciəti prosesi həyata keçirilib.
Bir hesabdan icazə verilən maksimum limiti keçməmək şərtilə yenidən əlavə bilet almaq üçün euro2020.com/bakutickets keçidinə daxil olmaq və onlayn ödəniş etməklə biletləri birbaşa əldə etmək də mümkündür. Müraciətçilər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər. 1 hesabdan alınan biletlər üçün oturacaqlar yan-yana bölüşdürülür. 2 və daha çox hesabdan ümumilikdə 4-dən çox bilet alan müraciətçilər də bir-birinin hesablarındakı sifariş nömrəsindən istifadə etməklə oturacaqlarının yanaşı olması üçün müraciət edə bilər.
Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərindədir. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılır və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz verilir.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
Uels - İsveçrə
17 iyun, saat 20:00
Türkiyə - Uels
21 iyun, saat 20:00
İsveçrə - Türkiyə
4 iyul, saat 20:00
¼ final oyunu