Niderland çempionatında XXII turun bu günə planlaşdırılmış bütün görüşləri qeyri-müəyyən müddətə təxirə salınıb.
Sportnet.az-ın yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb kimi "Kyara" fırtınası göstərilib. "Utrext" - "Ayaks", AZ - "Feyenoord", "Sparta" - "ADO Den Haq" və "Emmen" - "Tvente" görüşlərinin yeni tarixi hələ müəyyənləşməyib.
Hazırda Erediviziyada turnir cədvəlinə 21 oyundan 50 xalla "Ayaks" başçılıq edir. İlk "3-lüy"ə AZ (47) və "Feyenoord" (40) da daxildir.
Qeyd edək ki, daha əvvəl Almaniya Bundesliqasında XXI turun "Borussiya" Mönhenqladbax) - "Köln" matçı da hava şəraiti ilə əlaqədar baş tutmayıb. Təxirəsalma Almaniyaya yaxınlaşan "Sabina" siklonu ilə əlaqələndirilib. Azərbaycan ərazisində də hazırda əlverişsiz hava şəraiti hökm sürür. Lakin Premyer Liqada XVI turun qarşılaşmaları 9 fevral - Milli Məclisə seçkilərlə əlaqədar 7-8 fevralda oynanılıb.