Asiya Futbol Konfederasiyası Kubokunun qrup mərhələsində ilk turun "Seres" (Filippin) - "Svayrienq" (Kamboca) matçında əllə vurulan qol hesaba alınıb.
Sportnet.az-ın məlumatına görə, 14-cü dəqiqədə Seresin müdafiəçisi Coşua Qrommen topu Dieqo Maradona üslubunda tora göndərib. Referi isə mərkəzi göstərib. Nəticədə hesab 2:0 olub. Baş hakimin yanlış qərarından məyus olan qonaqlar daha 2 top buraxaraq, 0:4 hesabı ilə uduzublar.
Qeyd edək ki, Dieqo Maradona əllə qolu 1986-cı il dünya çempionatının 1/4 final matçında Argentina millisinin üzvü kimi İngiltərənin qapısından keçirib. Həmin vaxt da baş hakim bu qolu hesaba alıb. Görüş isə Argentinanın qələbəsi ilə yekunlaşıb - 2:1.