Paraqvaylı model Rosio Adorno "Keşlə" klubunun futbolçusu Sezar Meza Kolli ilə bağlı qalmaqallı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, xanım şəxsi "İnstagram" səhifəsində 28 yaşlı yarımmüdafiəçinin onu narahat etdiyini yazıb. Adorno Sezarın evli olduğu halda ona sevgi mesajları yazdığını bildirib: "Başa düşə bilmirəm. Niyə kişilər öz həyat yoldaşlarına hörmət etmirlər? Bu oğlanın adı Sezardır. Onunla 2017-ci ildə subay vaxtı tanış olmuşdum. Sonra özünə yeni qız tapdı və biz ayrıldıq. Amma o vaxtdan bu günədək hələ də məni həm "Instagram"da, həm də "WhatsApp"da narahat edir".
"Futbolçunun bir neçə yalanını tutmuşam. Üstəlik, o, sevdiyi xanımı da inkar edir. Bu, nə iyrənclikdir? Bilirəm ki, mən onun sevgi mesajları yazdığı yeganə qadın deyiləm. Belə şeyləri qəbul edə bilmirəm. Çünki Sezarın xanımına hörmətim var. Özümü həmin bədbəxt qadının yerinə qoyanda ona yazığım gəlir" deyə model əlavə edir.