Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. Oyunun sonlarında meydan sahibləri fərqlənsələr də, baş hakim Elçin Məsiyev mübahisəli qərar qəbul edib və qolu hesaba almayıb.
"Qarabağ" bu nəticədən sonra xalını 42-yə çatdırıb. "Sabah" isə 21 xalla 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turun açılış oyununda "Sumqayıt" evdə "Keşlə" ilə heç-heçə edib - 2:2.tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" oyunları ilə yekun vurulacaq.
------------------------
Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Sumqayıt" "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edib. Gənc referi Kamal Umudlunun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 2:2.
Matçda hesab erkən açılıb. 4-cü dəqiqədə Peyman Babayi meydan sahiblərini hesabda önə çıxarıb. Bununla da Babayi çempionatda 7-ci qolunu vuraraq, bombardirlər siyahısında "Neftçi"dən Stiven Monroz və "Qarabağ"dan Mahir Emreliyə çatıb. 10-cu dəqiqədə "Keşlə"nin yarımmüdafiəçisi Vüsal İsgəndərli gözəl qolla hesabı bərabərləşdirib.
Fasilədən sonra da qapılara iki qol vurulub. 59-cu dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə "gənclik şəhəri" təmsilçisini yenidən önə çıxarıb. Lakin 80-ci dəqiqədə paytaxt komandasının kapitanı Slavik Alxasov uzaqdan zərbə ilə bərabərliyi təmin edib.
Bu nəticədən sonra "Keşlə" 30 xalla 3-cü, "Sumqayıt" 23 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, günün növbəti matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionundakı oyun saat 18:00-da başlanacaq. Tura martın 1-də "Zirə" - "Qəbələ" və "Neftçi" - "Səbail" görüşləri ilə yekun vurulacaq.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi “Kapital Bank Arena”da “Keşlə”ni qəbul edəcək. Hazırda “Sumqayıt” 22 xalla 4-cü, paytaxt klubu isə 29 xalla 3-cü pillədə qərarlaşıb.
Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə hesab açılmayıb. İkinci dövrədə Bakıda oynanılan qarşılaşmada isə Tərlan Əhmədovun baş məşqçi olduğu kollektiv qələbə qazanıb – 2:1.
İndiyədək iki klub 30 dəfə üz-üzə gəlib. Bunların 7-də “Sumqayıt” qələbə qazanıbsa, “Keşlə" 15 dəfə meydanı 3 xalla tərk edib. 8 qarşılaşma isə heç-heçə bitib. Son 4 matçda meydan sahibi uduzmur. “Sumqayıt” axırıncı 6 ev oyununda yalnız 1 dəfə məğlub olub. Topların fərqində “Keşlə”nin aşkar üstünlüyü var - 46:29.
Günün digər matçında lider “Qarabağ” mərkəzi arenada "Sabah"ı qəbul edəcək. Ağdam klubu 41 xalla turnir cədvəlinə başçılıq edir. Masazır təmsilçisi isə 20 xalla 6-cı sıradadır. “Köhlən atlar” hər iki dövrədə rəqibinə qalib gəlib - 2:0, 1:0.
Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. 4 oyunda “Qarabağ” qələbə qazanıb, 2 görüş isə heç-heçə yekunlaşıb. Topların fərqində də ağdamlılar öndədir - 10:2. “Qarabağ” indiyədək meydanı qolsuz tərk etməyib. Qurban Qurbanovun başçılıq etdiyi kollektiv son 3 qarşılaşmada quru hesabla qalib gəlib.
Azərbaycan Premyer Liqası, XIX tur
29 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: Peyman Babayi, 4. Rəhim Sadıxov, 59 - Vüsal İsgəndərli, 10. Slavik Alxasov, 80
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”
18:00. “Qarabağ” – “Sabah” - 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, XIX tura martın 1-də keçiriləcək "Zirə" - "Qəbələ" və “Neftçi” – “Səbail” matçları ilə yekun vurulacaq.