ABŞ-ın MLS və USL müntəzəm çempionatları təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, hər iki liqanın rəhbərliyi oyunların ən azı 30 gün müddətinə dayandırıldığını açıqlayıb. Bildirilib ki, futbolçuların, azarkeşlərin, işçilərin sağlamlığı və təhlükəsizliyi onlar üçün əsas prioritetdir.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov USL müntəzəm çempionatında "Finiks Rayzinq"də çıxış edir. 29 yaşlı hücumçu ilk turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda "het-trik" edib. Dadaşov USL-də həftənin oyunçusu seçilib.