17-19 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilməsi nəzərdə tutulan AVRO-2021-in elit-raund mərhələsinin oyunları koronavirusa görə qeyri-müəyyən tarixədək təxirə salınıb.
Sportnet.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Qərarın qadınlardan ibarət yığmalar arasındakı müvafiq turnirə də şamil edildiyi vurğulanıb.
Açıqlamada bildirilib ki, yetkinlik yaşına çatmayan oyunçuların, ev sahibi ölkələrin sərhədlərini bağlayacağı və ya karantin tətbiq edəcəyi təqdirdə, ailələrindən ayrılmamaları üçün görülən profilaktik tədbirdir.
Qeyd edək ki, UEFA koronavirus infeksiyasının yayılması ilə əlaqədar martın 17-də video-konfrans təşkil edəcək. Tədbirə quruma üzv olan 55 milli assosiasiyanın rəsmiləri, Avropa Klublar Assosiasiyası və Beynəlxalq Peşəkar Futbolçular Federasiyasının nümayəndələri dəvət ediləcək. Müzakirələr bütün daxili və qitəmiqyaslı yarışları, habelə AVRO-2020-ni əhatə edəcək.