İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliyadakı otellərində pulsuz xəstəxana açıb. Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, 35 yaşlı hücumçu həkim və işçilərə əmək haqqı verəcək.
Daha əvvəl xəbər verilib ki, Ronaldu koronavirusla əlaqədar Turinə qayıtmamağı qərara alıb. O, komanda yoldaşı Daniele Ruqanidə belə bir virusun tapılmasından sonra bu addımı atıb.
İtaliya Milli Olimpiya Komitəsi ölkə ərazisindəki bütün idman tədbirlərininə aprelin 3-dək qadağa qoyub. Bura A Seriyasının oyunları da daxildir.