
İtaliya Futbol Federasiyası koronavirus pandemiyası ilə əlaqədar AVRO-2020-nin təxirə salınmasını istəyir.
Sportnet.az-ın İngiltərənin "express.co.uk" saytına istinadən məlumatına görə, federasiya rəhbərliyi UEFA-nın quruma üzv 55 milli assosiasiya rəsmiləri ilə 17 mart videokonfransında bu yay keçirilməsi planlaşdırılan turnirin ləğvini təklif edəcək.
Hazırda koronavirusdan ən çox əziyyət çəkən ölkələrdən biri kimi İtaliya yerli çempionatları başa çatdırmaq üçün ölkələrə əlavə vaxt verilməsini istəyir.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Roma da var. Turnirin açılış matçı İtaliya paytaxtında oynanılmalıdır. A qrupunun 3 oyunu və 1/4 final mərhələsinin 1 matçı Bakı Olimpiya Stadionunda keçirilməlidir.