UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Avropa Liqasının finalı 27 maydan 24 iyuna, Çempionlar Liqasının həlledici qarşılaşması isə 30 maydan 27 iyuna keçirilib. Qarşılaşmalar müvafiq olaraq, Qdansk (Polşa) və İstanbul (Türkiyə) şəhərlərində olacaq.
Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.
Qərara əsasən, ÇL və AL-in matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək.