Azərbaycan Premyer Liqasında arxada qalan 20 tur ərzində "Sumqayıt"da 6 limitə uyğun gələn futbolçunun xidmətindən istifadə edilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki dövrə ərzində komandanın heyətində Premyer Liqa oyunlarında ən azı 2 limit futbolçu meydanda olub. Onlardan ən çox oyun keçirəni Elvin Cəfərquliyevdir. Cinah oyunçusu 17 matçda 1332 dəqiqə meydanda olub. 2 qol və 2 məhsuldar ötürmə edən Cəfərquliyevi 1 oyun az keçirən Süleyman Əhmədov izləyir.
16 oyunda 969 dəqiqə meydanda olan Əhmədov 1 məhsuldar ötürmə də edib. Bundan başqa, Səbuhi Abdullazadə 12, Rüfət Abdullazadə 4, Murad Xaçayev 2, Nəbi Məmmədov görüşdə meydanda olub.
1. Elvin Cəfərquliyev - 26.10.2000-ci il / 17 oyun (1332 dəqiqə) - 2 qol, 2 assist.
2. Süleyman Əhmədov - 25.11.1999-cu il / 16 oyun (969 dəqiqə) – 1 assist.
3. Səbuhi Abdullazadə - 18.12.2001-ci il / 12 oyun (720 dəqiqə).
4. Rüfət Abdullazadə - 17.01.2001-ci il / 4 oyun (66 dəqiqə).
5. Murad Xaçayev - 14.04.1998-ci il / 2 oyun (172 dəqiqə).
6. Nəbi Məmmədov – 20.08.1999-cu il / 1 oyun (2 dəqiqə).