İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasında 1 milyard dollar qazanan ilk futbolçu olacaq.
Sportnet.az-ın "Busuness Insider"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu buna elə 2020-ci ildə yiyələnəcək. Baxmayaraq ki, koronavirus pandemiyası ilə əlaqədar karantin üzündən onun əmək haqqı azaldılıb.
"Yuventus"dakı əmək haqqından əlavə, Ronaldu CR7 kişi geyimi brendi, otellər şəbəkəsi və reklam müqavilələrindən qazanır.
Ümumilikdə isə 35 yaşlı forvard qazancı milyardla ölçülən 3-cü idmançı olacaq. Daha əvvəl bu, qolfçu Tayger Vuds və boksçu Kiçik Floyd Meyvezerə qismət olub. 2020-ci ildə onlara tennisçi Roje Federer də qoşulacaq.