Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.
Sportnet.az "Fotospor"a istinadən xəbər verir ki, bu, Eusebio Di Françeskodur. Di Françesko əvvəllər İtaliyanın müxtəlif komandalarında çalışıb. O, 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hazırda italiyalı mütəxəssislə Türkiyənin "Fənərbağça" klubu da ciddi maraqlanır.
Qeyd edək ki, daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.