Almaniyanın “Bavariya” klubu futbolçusu Tomas Müllerlə müqavilənin müddətini uzadıb.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 2023-cü ilin iyununadək yeni sözləşmə əldə olunub.
Qeyd edək ki, Tomas Mülllər bu mövsüm bütün turnirlər daxil olmaqla, 36 oyunda iştirak edib, 10 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb .