Paraqvayda həbs olunan braziliyalı sabiq futbolçu Ronaldinyo və qardaşı Roberto de Assis Moreyre məhkəmənin qərarına əsasən 1,6 milyon ABŞ dolları girov qarşılığında həbsxanadan ev dustaqlığına buraxılıblar.
Sportnet.az-ın “The Guardian”a istinadən məlumatına görə, qardaşlar paytaxt Asunsyonun mərkəzindəki “Palmaroqa” hotelində ev dustaqlığında qalacaqlar. Ronaldinyonun qalacağı hotel nömrəsinin bir gecəlik qiyməti 380 ABŞ dollarıdır.
Hakim 7 apreldə Ronaldinyonun girov müqabilində həbsdən azad edilməsi barədə qərar qəbul edib. Beləliklə, keçmiş futbolçu bir ay həbsxanada olub.
Qeyd edək ki, 40 yaşlı sabiq yarımmüdafiəçi qardaşı Roberto de Assis Moreyra ilə birgə saxta pasportla Paraqvaya girdikdən sonra saxlanılıb.