
UEFA hazırkı mövsümlə bağlı fikrini dəyişib.
Sportnet.az-ın məlumatına görə, bu barədə FIFA Şurasının üzvü Maykl D Huq “Daily Record”a açıqlamasında bildirib.
Belçikalı funksioner bildirib ki, Avropa futbol qurumunun viroloqla məsləhətləşdikdən sonra futbol mövsümü ilə bağlı fikrini dəyişdirdiyini iddia edib: “UEFA-nın fikrini dəyişdiyi barədə məlumat var və bu, çox yaxşı bir şeydir, çünki insanların həyatları təhlükədədir. Sizə zəmanət verirəm ki, futbol komandaları məşqlərə başlasalar, koronavirus testləri müsbət nəticə verəcək. O zaman bütün komandaları karantinə almaq lazım gələcək. Belçikada deyirlər ki, azarkeşsiz futbol kolbasasız Frankfurta oxşayır".
D Huqun fikrincə, hazırda futbolçuların sağlamlığı üçün real risk mövcuddur. Bu, oyunçuların bir-biri ilə təmasa girmələrindən yarana bilər: "Gəlin, gözləyək və futbol yenidən azarkeşlərlə təhlükəsiz elan olunduqdan sonra oynamağa başlayaq. Yaxın bir neçə ayda futbol oynamaq əlverişli variant deyil. Mən bu barədə UEFA-ya məlumat vermişəm və əminəm ki, onlar indi bunu yaxşı anlayırlar".
Qeyd edək ki, UEFA avrokubokları qeyri-müəyyən müddətə təxirə salıb. Qurum bütün yerli və beynəlxalq yarışların başa çatdırılmasını istəyir.