Azərbaycanın I Divizionunda çıxış edən "Kəpəz" klubunun sabiq futbolçusu Renan Alveş xeyirxah addımı ilə gündəmə gəlib.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı müdafəçi böyüdüyü Rio-de-Janeyro şəhərinin Maje bölgəsindəki Paranyos Parkın sakinlərini sevindirib.
28 yaşlı oyunçu Pasxa bayramı ilə əlaqədar dostları ilə birlikdə kasıb ailələrə ümumilikdə 50 zənbil ərzaq və 8 qutu şokolad paylayıb.
Alveş çoxdankı arzusunu həyata keçirdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bu aksiyada iştirak edən dostlarıma minnətdaram. İmkanı az olan insanların üzünə təbəssüm gətirmək qiymətsizdir. Pasxa çox şey deməkdir. İnanıram ki, daha çox insanı bu cür aksiya keçirməyə təşviq edə biləcəyəm".
Qeyd edək ki, hazırda Malayziyanın "Kadah" klubunda çıxış edən Renan Alveş 2016-2017 mövsümündə "Kəpəz"in formasını geyinib.