
Rusiyanın “Zenit” klubu İtaliya millisinin və “Yuventus” klubunun futbolçusu Daniel Ruqanini heyətinə cəlb etmək istəyir.
Spotnet.az “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar gedir. Sankt-Peterburq təmsilçisi 26 yaşlı müdafiəçiyə 3 illik müqavilə və 2.5 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Ruqani 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. O, koronavirus testi müsbət nəticələnən ilk futbolçulardandır. Oyunçu hazırda karantindədir.