“Bütün federasiyalar mövsümü tamamlamaq istəyir. Amma heç kim hökumətin və yerli orqanların qərarlarından kənara çıxmaq fikrində deyil”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri FIFA-nın İdarə Heyətinin üzvü Evelina Kristillin xarici mətbuata açıqlamasında deyib.
Funksioner UEFA-nın aprelin 23-də quruma üzv 55 milli assosiasiya ilə keçirəcəyi videokonfransın önəmini vurğulayıb: “Qəbul edilən bütün qərarları federasiyalara bildirəcəyik. Avropa Klublar Assosiasiyası və UEFA ilə birlikdə çalışırıq. Yol xəritəmiz hazırdır. İlk olaraq, sağlamlığı düşünürük. Daha sonra istəyimiz liqaları tamamlamaq və ən son məqsədimiz avqustda avrokubokları başa çatdırmaqdır”.